Avropada qaz bu vaxtadək baha olacaq
![](https://img.redaktor.az/news/2023/01/photo_190399.jpg?v=MjI6MDgyMDIzLTAxLTAyIDIyOjMzOjA1)
Britaniyanın "Cornwall Insight" konsaltinq şirkətinin aparıcı analitiki Metyu Çadvik Avropada qazın qiymətinin ən azı 2030-cu ilə qədər yüksək olacağını proqnozlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, qazın qiyməti ən azı 2030-cu ilə qədər pandemiyadan əvvəlki səviyyədən yuxarı qalacaq.
Analitiklərin fikrincə, bazarın Avropada tələb və təklif dinamikasının dəyişməsinə uyğunlaşması üçün vaxt lazımdır.
Nəşr qeyd edir ki, 2022-ci ilin yayında Rusiya Federasiyasından qazın nəqli dayandırılsa da, hələlik müəyyən miqdarda yanacaq alınıb, lakin 2023-cü ildə Rusiya ilə Avropanı birləşdirən boru kəmərlərinin bağlanması ehtimalı var.