Türkiyədə seçkilər vaxtından əvvəl keçirilə bilər

 23:18 02.01.2023     333

Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi dəyişdirilə bilər.

Redaktor.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik deyib.

“Bizim seçkiləri iyunun 18-də keçirmək üçün iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi dövrə təsadüf edir. Bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”, - deyə Çelik bildirib.

AKP rəsmisi onu da qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə bilməz.