Rusiya Ukrayna ərazilərində hərbi təlim keçirdi
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin işğal altındakı hissəsində hərbi təlimlər keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, təlimlərdə qismən hərbi səfərbərlik nəticəsində cəlb olunan hərbi qulluqçular iştirak edib. Əsas məqsəd bu qrupdan olan hərbçilərin hazırlıq səviyyəsinin və döyüş qabiliyyətinin artırılması olub.
Təlimlərə həmçinin müharibənin gedişində təcrübə toplamış zabitlərin də qatıldığı qeyd olunub.
Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.