Ukraynada daha 750 işğalçı MƏHV EDİLDİ - FOTO

 11:55 03.01.2023     233

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 108190 (+750) nəfər canlı qüvvəsi, 3036 (+5) tank, 6100 (+7) ədəd zirehli döyüş maşını, 2033 (+6) ədəd artileriya sistemi, 424 (+1) reaktiv yaylım atəşi sistemi, 214 (+1) hava hücumundan müdafiə sistemi, 283 (+0) təyyarə, 270 (+1) helikopter, 1839 (+3) PUA, 723 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4735 (+10) avtomobil texnikası və avtosistern, 181 (+0) xüsusi texnikası məhv edilib.

Nərmin VÜQARQIZI

2