Türkiyə XİN başçısı ABŞ-a səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu yanvarın 17-də ABŞ-a səfər edəcək.
Redaktor.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib.
O, yanvarın 18-də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.