Saakaşvilidən məhkəməyə tələb: İşə fasiləsiz baxılsın!

 17:49 03.01.2023     404

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəmədə onun işinə proses tam başa çatana qədər fasiləsiz rejimdə baxılmasını tələb edir.

Redaktor.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, eks-prezident bununla bağlı vəkili Şalva Xaçapuridzedən vəsatət qaldırmağı xahiş edib.

Saakaşvili bunu sağlamlığına görə artıq fiziki olaraq tükənməsi ilə izah edib və məhkəmədə şəxsən iştirak etmək istədiyini bildirib.

O, cəzasının ertələnməsi və ya azadlığa buraxılması ilə bağlı prosesin yekunlaşmasını arzuladığını söyləyib.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidentinin işi üzrə növbəti məhkəmə iclası 9 yanva rda keçiriləcək.