Turistlər Məkkəni bu səbəbdən təcili tərk edir

 19:47 03.01.2023     244

Səudiyyə Ərəbistanında güclü daşqınlar davam edir.

Redaktor.az xəbər verir ki, daşqın suları həmçinin Məkkəyə aparan yolu da yuyub aparıb. 

Ölkə iqtisadiyyatı təhlükə altındadır, maliyyə paytaxtı Ciddəni isə su basıb. Küçələrdə nəqliyyatın hərəkəti mümkün deyil, axınlar maşınları aparır. Turistlər şəhəri tərk etməyə çalışsalar da buna müvəffəq ola bilməyiblər. Belə ki, beynəlxalq hava limanında bəzi reyslər də hava şəraiti səbəbindən ləğv edilib.

Yerli sakinlər təbii fəlakətin nəticələrini əks etdirən videolar paylaşırlar.

Səudiyyə Ərəbistanında rekord həddə olan daşqın - leysan bir həftədən artıqdır ki, dayanmır.  

Xatırladaq ki, dekabrın sonunda Ərəbistan yarımadasında havanın temperaturu enib, dolu və qar yağıb.