Çavuşoğlu Suriya müxalifəti ilə görüşdü

 19:59 03.01.2023     363

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya Milli Koalisiyasının sədri Səlim Əl-Məslət, Suriya Müzakirələr Komissiyasının sədri Bedr Camyu və Suriya Müvəqqəti Hökumətinin Baş naziri Abdurrahman Mustafanı qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında məlumat paylaşıb.

Nazir qeyd edib ki, görüş zamanı Suriya kontekstində son hadisələri müzakirə edilib.

Çavuşoğlu Türkiyə tərəfinin Suriya xalqı və müxalifətinə olan dəstəyini bir daha çatdırıb.