İsrailli nazir Blinkenin hansı mesajını Lavrova çatdırdı?
ABŞ dövlət katibi Entoni Blinkenlə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı baş tutub.
Redaktor.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Entoni Blinken israilli həmkarından Rusiyanın xarici işlər naziri Sergey Lavrova mesaj çatdırmağı xahiş edib.
Blinkenin göndərdiyi mesajın məzmunu açıqlanmayıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Lavrov və Koen iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.