Şanxayda milyonlarla insan koronavirusa yoluxdu

 22:25 03.01.2023     319

Çinin ən böyük şəhəri olan Şanxayda əhalinin təxminən 70 faizinin COVID-19-a yoluxduğu güman edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Kommunist Partiyasının "People's Daily" qəzeti yerli həkimlərə istinadən məlumat yayıb.

Bildirilib ki, bu rəqəm 25 milyon əhalisi olan şəhərdə yaz aylarında qeydə alınan göstəricidən 20-30 dəfə çoxdur. 

Şəhərdə yerləşən Ruycin Xəstəxanasının təcili yardım şöbəsində gündə 1600-ə qədər xəstə olduğu, onların 80 faizinin COVID-19 ilə əlaqəli olduğu deyilir.