Qazaxıstanda fövqəladə vəziyyət elan edildi
Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.
Redaktor.az xəbər verir ki, qərarın qəbul edilməsinə səbəb güclü küləyin elektrik xətlərini zədələməsi olub.
Külək nəticəsində 20 elektrik ötürücü dirəyi yıxılıb. 21 mindən çox insanın yaşadığı şəhərdə külək zəiflədikdən sonra elektrik xətlərində təmir-bərpa işlərinə başlanacaq.
Şəhərdə 30 m/s-ə çatan külək hələ də davam edir.