Bayden Yaponiyanın baş naziri ilə görüşəcək

 23:10 03.01.2023     290

ABŞ prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Görüşün yanvarın 13-də Vaşinqtonda keçiriləcəyi gözlənilir. ABŞ və Yaponiya liderləri arasında görüş Şimali Koreyanın raket sınaqları və nüvə arsenalını artırmaq çağırışları fonunda baş tutacaq.

Kişida Yaponiyanın bu ay yenidən işlənmiş yeni təhlükəsizlik siyasətini müzakirə etməyi və İkinci Dünya Müharibəsindən sonra ölkənin hərbi potensialında ən böyük inkişafı açıqlamağı planlaşdırır.

Ağ Ev görüşlə bağlı açıqlama verməkdən imtina edib.