Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

 23:40 03.01.2023     279

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, yanvarın 4-də liderlər Rusiya və Ukrayna arasında münaqişənin həllini müzakirə edəcəklər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a açıqlamasında Putinin Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacağını təsdiqləyib.