Türkiyə ötən il 1220 terrorçunu məhv edib - Nazir

 16:06 04.01.2023     268

Türkiyə hakimiyyəti 2022-ci ildə 185 terror aktının qarşısını alıb. Bunlardan 18-i üzərinə partlayıcılar bağlayan “canl bomba”ların – kamikadzelərin zərərsizləşdirilməsi olub.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu çərşənbə günü bildirib.

Onun sözlərinə görə, ötən il 1220 terrorçu məhv edilib, onlardan 87-si qruplaşmaların rəhbərləri olub.

Soylu əlavə edib ki, il ərzində 9 minə yaxın qeyri-qanuni miqrasiyanın təşkilatçısı və 285 mindən çox qanunsuz miqrant saxlanılıb.