Almaniya Polşaya "YOX" dedi

 21:43 04.01.2023     304

Almaniya Polşanın İkinci Dünya müharibəsi ilə bağlı təzminat tələblərinə mənfi cavab verib.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Almaniyadan tələb olunan müharibə təzminatı ilə bağlı məsələnin bağlandığı bildirilib.

"Almaniya hökumətinin fikrincə, müharibə itkilərinin ödənilməsi və kompensasiya məsələsi bağlanıb, Almaniya hökuməti bu məsələ ilə bağlı danışıqlara başlamaq niyyətində deyil. Polşa Almaniyanın təcavüzü nəticəsində dəyən zərərin ödənilməsi üçün səylərini davam etdirəcək ”, - məlumatda deyilir.