"Moldova yaxın illərdə Aİ-nin bir hissəsi olmalıdır" - Maya Sandu

 23:16 04.01.2023     305

"Moldova bu onilliyin sonuna qədər Avropa İttifaqına daxil olacaq".

Redaktor.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Maya Sandu yerli telekanala müsahibəsində bildirib.

"Düşünürəm ki, Moldova yaxın illərdə - bu onilliyin sonuna qədər Aİ-nin bir hissəsi olmalıdır. Hamımız səy göstərsək, hər kəs öz yerində çalışarsa, bu, baş verə bilər", - Sandu deyib.

O, Aİ-yə daxil olmağın ölkənin iqtisadi inkişafı üçün daha geniş imkanlar yaradacağını və təhlükəsizliyini təmin edəcəyini vurğulayıb.

Qeyd edək ki, Aİ-nin dövlət və hökumət başçıları 2022-ci il iyunun 23-də Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Üzvlük danışıqlarına başlamaq üçün ölkələr bir sıra şərtləri, o cümlədən islahatları yerinə yetirməlidir.