Nümayəndələr Palatasına yenə sədr seçilmədi

 23:42 04.01.2023     289

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri bu gün keçirilən iclasda dördüncü səsvermə zamanı yenə spiker seçə bilməyiblər.

Redaktor.az xəbər verir ki, səsvermə üçün keçirilən iclas C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərdə yenə əksəriyyətin dəstəyini ala bilməyib və cəmi 201 səs toplayıb. Qalib gəlmək üçün 218 səs toplamaq lazım idi.

Cari raundda Makkartinin spiker təyin edilməsini dəstəkləməkdən imtina edən respublikaçılar alternativ namizəd kimi Florida ştatından Bayron Donaldsın namizədliyini irəli sürüblər.