Bu ölkədə ölənlərin sayı doğulanların sayını keçib
2021-ci ildə Niderlandda 168 min uşaq doğulub, 169 min insan isə dünyasını dəyişib. Beləliklə, krallıqda ölənlərin sayı 1900-cü ildən bəri ilk dəfə doğulanların sayını keçib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika İdarəsinin saytında bildirilir.
Ehtimal olunur ki, bu, ölkədə yaşayan vətədaşların çoxunun koronavirus infeksiyası səbəbindən dünyasını dəyişməsi ilə bağlı ola bilər.
Buna baxmayaraq, ekspertlər xəbərdarlıq edirlər ki, ölkədə doğum səviyyəsi uzun illərdir ki, azalır, ölüm isə tam əksinədir.
Eyni zamanda, Niderlandın əhalisi artmaqda davam edir, buna isə miqrasiya təsir göstərir. İndi krallıqda 17,8 milyon insan yaşayır. Ötən il ölkə əhalisinin sayı 227 min nəfər artıb.