"Qoşunlarımız Əfqanıstanda qalsaydı, Ukraynaya kömək etmək çətin olardı" - Sallivan

 09:20 05.01.2023     368

"Prezident Co Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarı sonradan Vaşinqtonun Kiyevə kömək etməsini asanlaşdırdı, əks halda Rusiyanın regiondakı hərəkətlərinə qarşı addım atmağa imkan olmayacaqdı".

Redaktor.az xəbər verir ki, bu fikri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “The Washington Post”a müsahibəsində bildirib.

"Əgər biz hələ də Əfqanıstanda döyüşsəydik, bu, Rusiya üçün əla hədəf olardı", - Sallivan iddia edib.

Sllivan əlavə edib ki, Vaşinqtonun Moskva ilə hərbi toqquşmaya heç vaxt can atmayıb, indi də belə fikri yoxdur.

"Prezident özü toqquşma axtarmır. Lakin bununla belə, o, təhdidlərdən geri çəkilməyəcək və azad Ukrayna xalqı hücuma məruz qalanda onlara kömək edəcək", - Ağ Evin rəsmisi bildirib.

Ümumilikdə Vaşinqtonun xarici siyasəti mövzusuna toxunan Sallivan deyib ki, soyuq müharibənin köhnə blok tikintisi dünyada mövcud şəraitlə uzlaşmır.

"Ölkələr seçim etmək istəmir və biz də onların bunu etməsini istəmirik. Biz dünyanı bölməyə çalışmaq əvəzinə, müsbət gündəmə - infrastruktur, iqlim, ərzaq təhlükəsizliyi və rəqəmsal sahədə qaydalara can atırıq",- Baydenin müşaviri bildirib.

Tunar Altunbay