Rusiyanın Ukrayna ilə bağlı iki planı açıqlandı - Yanukoviç prezident elan ediləcəkdi...

 09:35 05.01.2023     738

"Martın 7-də Kreml qaçaq prezident Viktor Yanukoviçi Minskə göndərdi, çünki o günə qədər Kiyevi və bütün sol sahil Ukraynanı ələ keçirməyə ümid edirdi".

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafonun efirində deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanı ələ keçirmək üçün iki plan hazırlayıb. Birinci mərhələ sol sahilin və Kiyevin tutulması idi, sonra isə Lvov daxil olmaqla Ukraynanın bütün ərazisini tutmaq planlaşdırılırdı.

"Onların iki planı var idi. İlk planları belə idi: martın 7-nə qədər onlar sol sahilə, Kiyevə aid olan hər şeyi başa çatdırmalıdırlar. Bu, son vaxt idi. Və elə həmin gün Rusiya vətəndaşı və Ukraynanın keçmiş vətəndaşı vətəndaşı Yanukoviç Minskdə idi, çünki o, martın 7-də ölkəmizin ərazisindəki başqa şəhərlərdə olmalı idi”, - Danilov bildirib.

O bildirib ki, Kiyevi tutandan sonra ruslar 19 gün ərzində Lvov daxil olmaqla Ukraynanın bütün ərazisini ələ keçirmək istəyiblər.

Sayt qeyd edir ki, Ukrayna Rusiyanın 2021-ci ilin noyabrında hücuma keçəcəyini bilirdi, lakin rus qoşunlarının işğalı 24 fevralda deyil, 22 fevralda gözlənilirdi.

Qaçaq prezident Viktor Yanukoviç Kremlin planlarında xüsusi rol oynamalı idi. Mart ayında “Ukrayinska Pravda” dövlətə xəyanətdə təqsirli bilinən Yanukoviçin Minskdə olduğunu yazmışdı. Ssenarilərdən birinə görə, onu orada “Ukrayna prezidenti” elan etməyə çalışacaqlar.

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak daha sonra Minskdə Yanukoviçlə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, bəyan edib ki, ruslar Ukrayna reallıqlarını tam başa düşmürlər, ona görə də Yanukoviçin guya Ukraynaya işğal administrasiyasının rəhbəri postuna qayıtması ilə bağlı şayiələr yayılıb.

Turan İSMAYIL