2023-cü ildə Avropada havanın temperaturu rekord həddə ÇATDI

 09:54 05.01.2023     461

Soyuq dekabr ayından sonra isti hava temperaturu Avropada yüksək həddə çatıb.

Redaktor.az "İndependent" nəşrinə istinadla xəbər verir ki, səkkiz ölkədə isti hava şəraiti milli rekord göstəricilərə imza atıb.

Yeni ilin ilk günü Polşanın paytaxtı Varşavada hava durumu 18.9°, İspaniyanın Bilbao şəhərində isə 25.1° olub. 

İsveçrədə isə havanın temperaturu 20°-yə çatıb. Hətta qar qıtlığı Alp dağlarındakı məşhur xizək kurortlarına təsir edib.

Bundan başqa, Hollandiya, Lixtenşteyn, Litva, Latviya, Çexiya, Polşa, Danimarka və Belarusda da havanın temperaturu həmişəkindən daha isti olub. Həmçinin Ukrayna, Fransa və Almaniyada da isti hava şəraiti rekord qırıb.

Nərmin VÜQARQIZI