Tokayev mətbuat katibini Prezident Administrasiyası rəhbərinin müavini TƏYİN ETDİ
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə axşamı mətbuat katibi Ruslan Jeldibayı Prezident Administrasiyası rəhbərinin müavini təyin edib. Bununla yanaşı, o, əvvəlki vəzifəsini qoruyub saxlayır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti bildirib.
“Jeldibay Ruslan Sultanulı əvvəlki vəzifəsindən azad edilərək, Prezident Administrasiyası rəhbərinin müavini – Qazaxıstan Respublikası Prezidentinin mətbuat katibi təyin edilsin”, - prezidentin sərəncamında deyilir.
Jeldibay 1989-cu ildə Jambil rayonunda anadan olub. O, ötən ilin aprelində dövlət başçısının mətbuat katibi vəzifəsinə təyin edilib.
O, bundan əvvəl Qazaxıstan Baş naziri Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb. Bu illər ərzində Jeldibay Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdir müavini, Respublika İnformasiya və Sosial İnkişaf Nazirliyinin informasiya komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
Turan İSMAYIL