Təyyarədə gərgin anlar yaşandı
Londondan Hindistana uçan təyyarədə sərnişinin ürəyi tutub.
Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, təyyarədəki həkim sərnişin Dr. Vişvaraj Vemala "infarkt" keçirən 43 yaşlı sərnişinin həyatını xilas edə bilib.
“Onu həyata qaytarmaq bir saat çəkdi. Xoşbəxtlikdən, ilk yardım çantalarında işi asanlaşdırmaq üçün dərmanlar var idi”, - deyə həkim bildirib.
Lakin sərnişin növbəti dəfə "infarkt" keçirib. Bu dəfə onu həyata qaytarmaq daha uzun çəkib:
"Onu sağ saxlamaq üçün beş saatlıq səy göstərdim", - o deyib.
Nərmin VÜQARQIZI