Sentyabr döyüşlərinə görə 11 erməni hərbçi istintaqa cəlb edildi
2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi əməliyyatlarla bağlı cinayət işi üzrə 11 erməni hərbçinin istintaqı aparılır.
Redaktor.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan mediyaya müsahibəsində bildirib.
Məlumata görə, həmin hərbçilərin əksəriyyəti həbs edilib, 4 epizod üzrə istintaq tamamlanıb və materiallar məhkəməyə təqdim edilib.
İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, söhbət orta rütbəli zabitlərdən və sıravi hərbçilərdən gedir.
Eyni zamanda, Kyaramyan işin hələ yekunlaşmadığına işarə edərək, onların nədə ittiham olunduğunun təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, sentyabr döyüşlərində 600 erməni hərbçisi məhv edilib.
Həmidə İbrahimova