Rusyanın Ukraynadakı son itkiləri: 810 hərbçi, 1 təyyərə, 1 helikopter MƏHV EDİLDİ

 10:34 05.01.2023     441

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 109720 (+810)  nəfər canlı qüvvəsi, 3041 (+3) tank, 6108 (+2) ədəd zirehli döyüş maşını, 2051 (+12) ədəd artileriya sistemi, 426 (+2) reaktiv yaylım atəşi sistemi, 215 (+0) hava hücumundan müdafiə sistemi, 284 (+1) təyyarə, 271 (+1) helikopter, 1844 (+2) PUA, 723 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4759 (+14) avtomobil texnikası və avtosistern, 182 (+1) xüsusi texnikası məhv edilib.

Nərmin VÜQARQIZI

2