Moskvada radio aparıcısı vəhşicəsinə qətlə yetirilib
34 yaşlı jurnalist və radio aparıcısı Anna Azovskaya (Sablina) Moskvada kirayədə qaldığı mənzildə qətlə yetirilib.
Redaktor.az “Mig News”a istinadla xəbər verir ki, Azovskayanın meyiti 2023-cü il yanvarın 3-də Polina Osipenko küçəsindəki mənzildə tapılıb.
Məlumata görə, ən azı 30 bıçaq yarası olan qadın meyitinin tapılması barədə İstintaq Komitəsinin Moskva şəhəri üzrə idarəsində məlumat verilib.
Bildirilir ki, qətldə şübhəli bilinən qadının 33 yaşlı tanışı saxlanılıb.
Məlum olub ki, sevgililər mübahisə edib, münaqişə zəminində sərxoş kişi mətbəx bıçağını götürərək qadına bir neçə zərbə endirib.
Zərərçəkmiş bir neçə zərbədən sonra qaçaraq özünü vanna otağına sala bilsə də, hadisəni törədən şəxs qapını aça bilib və xəsarət yetirməyə davam edib. Qonşular polisə xəbər veriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındıraraq qətlə yetirilən qadın meyitini və onun birgə yaşadığı şəxsi aşkar edib.
Həmidə İbrahimova