Fransa Ukraynaya tankların tədarük olunacağını açıqladı
"Biz Ukraynaya özünü müdafiə etmək üçün mülki, diplomatik, humanitar, həm də hərbi dəstəyimizi gücləndirmək qərarına gəldik. Bu, ötən ilin payızında gücləndirilmiş Ukraynaya davamlı dəstəyimizin əlamətidir".
Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna açıqlayıb.
Məlumata görə, Fransa hərbi yardım çərçivəsində Ukraynaya tanklar tədarük etmək planlarını təsdiqləyib.
Xarici işlər naziri qeyd edib ki, bu, Ukraynanın xahişi olub və Fransa öz dəstəyini Kiyevin ehtiyaclarına uyğunlaşdıracaq.
Kolonna tankların dəqiq çatdırılma tarixlərini açıqlamayıb, qeyd edib ki, avadanlığın çatdırılması və ukraynalı hərbçilərə təlim keçmək üçün vaxt lazımdır.
Həmidə İbrahimova