Rusiyada bina yandı - 17 nəfər yaralandı

Rusiya Federasiyasının Çuvaşiya Respublikasında yanğın olub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, yanğın paytaxt Çeboksarıdakı çoxmərtəbəli binalardan birində baş verib.
Hadisə nəticəsində 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananların 8-nin azyaşlı olduğu bildirilib.
Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb. Hazırda yanğının lokallaşdırıldığı qeyd olunub.
Hadisənin səbəbləri araşdırılır.