Ərdoğan Zelenski ilə telefonla danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.
Söhbət zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki vəziyyət müzakirə edilib.
Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduqlarını bildirib.
Əsir mübadiləsi ilə bağlı işlərin davam etdiyini bildirən Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyəti sabitləşdirmək üçün diplomatik dəstəyini ifadə edib.