Putin Ukraynada atəşkəs elan ETDİ

 19:13 05.01.2023     621

Rusiya Prezidenti Vladimir Putin Ukraynada tərəflər arasında yanvarın 6-sı Moskva vaxtı ilə saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.

“Patriarx Kiril Həzrətlərinin müraciətini nəzərə alaraq, döyüş bölgələrində çoxlu sayda pravoslav vətəndaşın yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara İsa Məsihin doğum günü münasibətilə Milad ərəfəsində bayram mərasimlərində iştiraka imkan yaratmağa çağırırıq”,- deyə fərmanda bildirilir.

Turan İSMAYIL