Nikita Mixalkov ölüm ayağındadır
Məşhur rusiyalı rejissor Nikita Mixalkov koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, 77 yaşlı rejissor əvvəlcə 67 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Lakin sonradan həkimlər reanimasiya briqadasının köməyi ilə Mixalkovu başqa xəstəxanaya köçürmək qərarına gəliblər.
Onun koronavirusa yoluxduğu qeyd edilir.
Qeyd edək ki, Mixalkov dəfələrlə Rusiya Qərbin hücumundan xilas olmaq üçün Ukraynaya genişmiqyaslı müdaxilə etdiyini bildirib.
Onun sözlərinə görə, Ukrayna Avropa və Amerika ilə sui-qəsddə 30 ildən artıqdır ki, Rusiyaya qarşı hücuma hazırlaşır.
Ona görə də Rusiya Federasiyası guya Ukraynada böyük müharibənin köməyi ilə öz vətəndaşlarını qorumaq qərarına gəlib.
Qeyd edək ki, Nikita Mixalkov qanlı diktator Vladimir Putin kimi “xüsusi əməliyyat” sözünü işlətmədən müharibəni açıq şəkildə müharibə adlandırır.
Tunar Altunbay