Almaniya Ukraynaya "BMP Marder"lər göndərməyi nəzərdən keçirir

 20:09 05.01.2023     348

Almaniya hökuməti Ukraynaya "Marder" piyada döyüş maşınları vermək imkanını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Nəzəri olaraq Kiyevə nə qədər piyada döyüş maşınının göndərilə biləcəyi dəqiqləşdirilməyib.

"Agence France-Presse" xəbər verir ki, Fransa Ukraynaya AMX-10 RC təkərli tanklar göndərmək niyyətindədir.

"Bloomberg" isə bildirir ki, Birləşmiş Ştatlar Kiyevə "Bradley" piyada döyüş maşınlarının verilməsini istisna etmir.