Ukraynadan Putinin atəşkəs qərarına REAKSİYA

 20:47 05.01.2023     657

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Podolyak "Twitter"də yazıb.

O qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür.

"Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir... Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir - yalnız bundan sonra "müvəqqəti barışıq"a başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın...",- Podolyak vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.

Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

Tunar Altunbay