Şoyqu Ukraynada atəşkəs barədə göstəriş verdi

 21:00 05.01.2023     1237

Rusiya müdafiə naziri Sergey Şoyqu 6 yanvar saat 12:00-dan 7 yanvar saat 00:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Moskva və bütün Rusiyanın Patriarxı Kirill Ukraynada Provaslav Milad bayramı ilə əlaqədar tərəfləri atəşkəsə çağırıb. Rusiya Prezidenti Vladimir Putinin Patriarx Kirillin müraciətini nəzərə alaraq müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan 7-i saat 24:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.