Ukrayna Rusiya ilə istənilən danışıqlar prosesini rədd edir

 21:53 05.01.2023     190

Ukrayna Rusiya ilə istənilən danışıqlar prosesini rədd edir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın müvəqqəti atəşkəs təklifini şərh edərkən deyib.

“Onlarla (Moskva ilə - red.) heç bir danışıqlar aparılmayıb”, - o, “Ukrayna-24” telekanalında deyib.

Xatırladaq ki, cümə axşamı Kremlin mətbuat xidməti bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək müharibə zonasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Daha sonra Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu yanvarın 6-da saat 12:00-dan 36 saat müddətinə atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.