Daha bir ölkə HİMARS sistemləri alacaq 

 23:10 05.01.2023     375

Avstraliya ABŞ-dan HIMARS raket sistemləri almaq istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə Avstraliyanın "ABC News" telekanalı məlumat yayıb. 

Ukrayna ordusunun son aylarda effektiv şəkildə istifadə etdiyi raket sistemlərinin alınması üçün 1-2 milyard Avstraliya dolları arasında vəsait sərf olunacaq.

Raket sistemlərinin Asiya-Sakit okean regionunda Çinin fəallığının artması fonunda ölkənin şimalında yerləşdiriləcəyi bildirilir.

Bundan əvvəl Latviya və Estoniya kimi Avropa ölkələri də HIMARS sistemlərinin alınması barədə qərar qəbul edib.