Əfqanıstanda güclü zəlzələ - 4 ölkə silkələndi

 22:45 05.01.2023     283

Əfqanıstanın şimal-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 18:56-da baş verən zəlzələnin episentrinin ölkənin şimal-şərqindəki Bədəhşan əyalətinin Curm rayonunda olduğu bildirilir.

193 kilometr dərinlikdə baş verən zəlzələ Əfqanıstanın bir çox əyalətlərində, ilk növbədə Kabildə, həmçinin Pakistan, Tacikistan və Hindistanda hiss olunub.

Hələlik Taliban rəsmilərindən dəyən ziyanla bağlı məlumat verilməyib.