Yaponiya G7-nin sədri kimi Rusiyaya qarşı mövqeyini AÇIQLADI

 09:08 06.01.2023     370

Yaponiya bu il Yeddilik Qrupunun (G7) sədri kimi Rusiyaya qarşı sanksiyaları və Ukraynanı dəstəkləyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.

“Yaponiya G7-nin sədri kimi Rusiyaya qarşı sanksiyaları təşviq etmək və Ukraynaya dəstək vermək üçün beynəlxalq ictimaiyyətlə və ilk növbədə “Yeddilik” ölkələri ilə yaxından işləyəcək”, - o deyib. 

Matsuno bildirib ki, Yaponiya həmçinin G7 sammitində qlobal iqtisadi problemlər, o cümlədən ərzaq və enerji təhlükəsizliyi, nüvə tərksilahı və yayılmaması, iqlim dəyişikliyi kimi məsələlərdə bu qeyri-rəsmi birliyin bərabər olduğunu təsdiq etməyi planlaşdırır.

Turan İSMAYIL