Bal arıları üçün dünyada ilk PEYVƏND

 09:56 06.01.2023     188

ABŞ dünyada ilk dəfə bal arısının peyvəndini təsdiqləyib. 

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, peyvəndi hazırlayan şirkət bu həftə ABŞ Kənd Təsərrüfatı Departamentindən şərti icazə aldığını açıqlayıb.

Təbiətdə son illərdə sayı azalan arılar tozlandırıcı xüsusiyyətləri ilə ekosistemdə çox mühüm rol oynayırlar.

Peyvəndi hazırlayan Dalan Heyvan Sağlamlığının baş direktoru Annette Kleyser bu peyvəndin bal arılarının qorunması sahəsində inqilab edə biləcəyini söyləyib.

Nərmin VÜQARQIZI