Nümayəndələr Palatasının spikeri vəzifəsinə Trampın da namizədliyi irəli sürüldü
ABŞ konqresmeni Mett Qotz ABŞ-ın keçmiş prezidenti Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə mərkəzi Amerika kanalları tərəfindən məlumat yayımlanıb.
“Mən Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürürəm",- deyən Qotz Trampın dövründə ABŞ-ın daxili və xarici siyasətində uğurların əldə olunduğuna əminliyini ifadə edib.
Konqresmen spiker seçkilərində əvvəlki səsvermə zamanı da Trampı dəstəklədiyini bildirib.
Qeyd edək ki, konqresmenlər rəsmi olaraq Nümayəndələr Palatasının spikeri vəzifəsinə təkcə Amerika qanunvericilərini deyil, digər şəxsləri də namizəd göstərə bilərlər.
ABŞ Konqresinə noyabrda keçirilən seçkilərdən sonra Respublikaçılar Partiyası aşağı palatada nəzarəti ələ keçirib. Nümayəndələr Palatasının Respublikaçı lideri Kevin MakKartinin çərşənbə axşamı spiker olacağı gözlənilirdi. Bununla belə, kiçik bir qrup partiya üzvünün mövqeyinə görə, o, bu həftə keçirilən on turdan sonra seçki üçün tələb olunan 218 səsi toplaya bilməyib.
Xatırladaq ki, Nümayəndələr Palatasının spikeri vəzifəsi ABŞ hökumət iyerarxiyasında üçüncü ən vacib vəzifədir.
Tunar Altunbay