Ukrayna müttəfiqlərindən yeni silahlar alacaq - Kuleba
Bu il Ukrayna müttəfiqlərdən 2022-ci ildə əldə edə bilmədiyi silahlar alacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba feysbuk hesabında məlumat paylaşıb.
"Ukrayna Fransadan təkərli tanklar və zirehli maşınlar, ABŞ və Almaniyadan "Bradley" və "Marder" zirehli transportyorları, əlavə "Patriot" batareyası, döyüş sursatları və daha çox silah alacaq. Həmçinin, ABŞ-ın yeni paketinin elanını gözləyin. Silahlarla bağlı xoş xəbərlər alırıq və hər elə xoş xəbərdən sonra Kremldə diş qıcırtısı və RosTV-də ağlama səsləri daha da güclənəcək", - deyə nazir yazıb.
Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Ukrayna əlavə “Gepard” və “Vulkan” zenit qurğuları, “Stinger” daşına bilən zenit-raket kompleksləri və s. almaqda maraqlıdır.
Nərmin VÜQARQIZI