"Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bilər”

 10:19 06.01.2023     286

“Şimali Koreya lideri Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bilər”.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, onun son ictimai tədbirlərdə kiçik qızı ilə birlikdə iştirak etməsi təsadüfi deyil: “Bu, Kim Çen Inın övladlarından birinin bir gün liderliyi miras alacağını göstərmək cəhdidir. Belə olarsa, Kim ailəsi növbəti dəfə hakimiyyətdə qalacaq”.

Məlumata görə, Kim Çen In son bir neçə ayda qızı ilə birlikdə 3 tədbirdə iştirak edib: “Onlar ballistik raket buraxılışlarını izləyib, Şimali Koreyanın silah alimləri ilə fotosessiya edib və raket anbarına ekskursiya keçiriblər. İddialara görə, Kim Çen In ən sevimli uşağı bu kiçik yaşlı qızıdır”.

Həmçinin xatırladılıb ki, Kim Çen Inın 39 yaşı var: “O, 2011-ci ilin dekabrında atasının ölümündən sonra hakimiyyətə gəlib”.

Cümə axşamı parlament komitəsinin qapalı iclasında Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bildirib ki, qızını ictimai yerlərə aparmaqla Kim Şimali Koreya vətəndaşlarına ailəsi daxilində hakimiyyət dəyişikliyinin növbəti mərhələsini keçirmək əzmini göstərmək istəyir. n olacağı demək deyil, Yoo əlavə etdi.

Cənubi Koreya xəbər agentlikləri Kimin 2010, 2013 və 2017-ci illərdə doğulmuş iki oğlan və bir qız övladının olduğunu bildirib.

Kimin ikinci övladı Ju Aenin təxminən 10 yaşında olduğu deyiıir.

Həmidə İbrahimova

North Korean leader Kim Jong Un walks away from an intercontinental ballistic missile while holding hands with his daughter. He is looking down at her and she up at him and they seem to be talking. She is wearing what looks to be a white puffer jacket and black pants

Kim is sitting and looking at the camera while his daughter, dressed in a black coat, stands to his right with her hand on his shoulder. Behind them, are several rows of men dressed in military clothes, clapping with their hands quite high up - some over their heads