Aİ Rusiyanın atəşkəs təklifini yalan və ikiüzlü adlandırdı

 10:49 06.01.2023     443

“Rusiya prezidenti Vladimir Putinin Ukraynada atəşkəs çağırışı ikiüzlülükdür. Sülhü bərpa etməyin yeganə yolu qoşunları geri çəkməkdir”.

Redaktor.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel “Tvitter” hesabında yazıb.

O, Kreml rəhbərinin "barış"ını saxta referendumlarla müqayisə edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan 7 yanvar gecə yarısına kimi bütün döyüş xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Həmidə İbrahimova