"Ermənistanda daha iki nazir istefaya göndəriləcək" - KİV
Ermənistanın səhiyyə naziri Anait Avanesyan və iqtisadiyyat naziri Vaan Kerobyan yaxın vaxtlarda istefaya göndəriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə “Joxovurd”un məqaləsində bildirilib.
Məlumata əsasən, baş nazir Nikol Paşinyan onların fəaliyyətindən razı deyil. İstefa vermək barədə yazdıqları ərizə nazirləri hədəfə yaxınlaşdırıb.
Qeyd edək ki, 2022-ci ilin sonunda baş nazirin müavini Ambartsum Matevosyan və təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa vermişdi.