"McDonald's" Qazaxıstanda fəaliyyətini dayandıracaq
"“Food Solutions KZ LLP” tərəfindən idarə olunan fast food restoranlar şəbəkəsi tədarük məhdudiyyətləri səbəbindən Qazaxıstanda McDonald’s brendi altında fəaliyyətini dayandırır".
Redaktor.az xəbər verir ki, bu barədə "McDonald’s"ın Qazaxıstandakı ofisinin mətbuat xidməti xəbər verir.
Məlumatda deyilir ki, fəaliyyətin bərpası və ya yeni adla yeni fast food restoranlarının açılış vaxtı yaxın vaxtlarda açıqlanacaq:
“Restoranlar şəbəkəsi açıldıqdan sonra ziyarətçilərə yüksək keyfiyyətli məhsullar, müxtəlif menyu və qonaqpərvər xidmət təklif olunacaq. Fast food restoranları mövcud yüksək standartlara, dəyərlərə və biznes prinsiplərinə uyğun olaraq fəaliyyətini davam etdirəcək".
Qeyd edək ki, Qazaxıstanda "McDonald's" brendi altında ilk restoran 2016-cı ildə açılıb. Bu müddət ərzində, "Food Solutions KZ LLP"nin rəhbərliyi altında şirkət fast food restoran sənayesinin liderlərindən birinə çevrilməyi bacarıb.
Qazaxıstanın Almatı, Astana, Atırau, Aktobe, Kostanay, Karaqanda şəhərlərində 24 "McDonald's" restoranı açılıb və 2000-ə yaxın insanı işlə təmin edilib.
“Food Solutions KZ LLP” fəaliyyəti dövründə ölkə büdcəsinə 3 milyard tengedən (10,878 milyon manat) çox vergi ödəyib və cəmiyyətə yardımda fəal iştirak edib, 80 milyon tengedən çox vəsaiti xeyriyyəçiliyə cəlb edilib.
Tunar Altunbay