Kanadalı nazir Rusiyanı “terrorçu dövlət” adlandırdı

 12:01 06.01.2023     355

Kanadanın Ontario vilayətinin immiqrasiya naziri Monte Maknaton Rusiyanı “terrorçu dövlət” adlandırıb.

Redaktor.az "Ukrinform"a istinadla bildirir ki, bu barədə nazir "CBC News"un yazılı sorğusuna cavab olaraq bildirib.

Ontario hökumətində Ukrayna ilə bağlı məsələlərə nəzarət edən Maknathon yazıb:

"Rusiya terrorçu dövlətdir. Ontario həmişə Ukrayna icmasını və aqressiv Rusiya müharibəsindən qaçan qaçqınları dəstəkləyəcək".

Onun sözlərinə görə, Rusiya işğalı başlayandan bəri Ontarioya 39 mindən çox ukraynalı qaçqın gəlib.

CBC News xatırladır ki, aprel ayında əyalət hökuməti ukraynalı miqrantları dəstəkləmək üçün 300 milyon Kanada dolları (təxminən 230 milyon ABŞ dolları) ayıracağına söz verib.

Bu vəsaitin hansı hissəsinin artıq istifadə olunduğu hələlik məlum deyil.

Qeyd edək ki, ötən ilin əvvəlindən Kanadaya 137 mindən çox ukraynalı gəlib, lakin onların heç də hamısı qaçqın olmayıb. Martın ortalarından bəri federal hökumət ukraynalıların 474 mindən çox xüsusi viza müraciətini təsdiqləyib.

Tunar Altunbay