İranda daha 4 etirazçı edam ediləcək
İranda hökumət əleyhinə etirazlar zamanı həbs olunan daha 4 nəfərin edam edilməsinə qərar verilib.
Redaktor.az xəbər verir ki, etiraz aksiyaları zamanı həbs olunmuş Məhəmməd Bruğni, Məhəmməd Hüseyni, Məhəmməd Qubadlı və Məhəmməd Mehdi Kərəmi haqqında edam hökmü çıxarılıb.
Saxlanılan şəxslərin vəkilləri məhkəmə qərarına etirazlarını bildiriblər.