SSRİ-dən qalan abidələrin sökülməsinə bu qədər xərclənəcək
Estoniya hökuməti sovet hərbi abidələrinin sökülməsi və köçürülməsi üçün 900 min avrodan çox vəsait ayırıb.
Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə hökumət sözçüsü Yevgeniya Vyaria məlumat verib.
"Hökumət, ictimai məkandan təhlükəsizliyi təhdid edən sovet hərbi abidələrinin götürülməsi ilə bağlı fəaliyyətlər üçün Müdafiə Nazirliyinin tabeliyində olan qurumlara 916,405 avro ayırıb",- deyə o, bildirib.
Həmidə İbrahimova