Bayden "30 yaşlı" Kamala Harrisi yenə ABŞ prezidenti adlandırdı

 13:00 06.01.2023     278

ABŞ Prezidenti Co Bayden səhvən vitse-prezident Kamala Harrisi prezident adlandırıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Amerika lideri yanvarın 5-də Ağ Evdə çıxışı zamanı belə bir bəyanatla çıxış edib.

"Prezident Harris bu işə onların (miqrantların - Red.) getdikləri ölkələrdə vəziyyəti yaxşılaşdırmaq üçün rəhbərlik edib"- Bayden deyib.

O, həmçinin Harrisin El Salvador, Honduras və Qvatemalada yeni iş yerləri yaratmaq üçün özəl sektordan 3,2 milyard dollardan çox vəsait cəlb edə bildiyini qeyd edib.

Maraqlıdır ki, Baydenin Harrisin vəzifəsini səhv deməsi ilk dəfə deyil. O, oktyabr ayında Harrisi "gözəl prezident" adlandırıb. Bayden həmçinin onu 30 illik yubileyi münasibətilə təbrik edib, baxmayaraq ki, əslində ABŞ-ın vitse-prezidentinin 58 yaşı tamam olub.

Bundan əvvəl, yanvarın 4-də Co Bayden çıxışı zamanı dünyanı cins şalvardakı yamaq ilə müqayisə edərək amerikalıları çaşdırmışdı.

Həmçinin, Amerika lideri Kentukkidə keçirilən mitinq zamanı zarafat edib ki, görüşdə onun ABŞ Konqresinin aşağı palatasına seçilən həmkarı Demokrat Qreq Landsman var. ABŞ prezidenti qeyd edib ki, Nümayəndələr Palatasının hər iki fraksiyasının üzvləri palatanın spikeri vəzifəsinə namizədlə bağlı qərar verə bilməsələr, Landsman bu vəzifəni tuta bilər.

Yanvarın 1-də köşə yazarı Cordan Boyd Federalist üçün yazdığı məqalədə qeyd edib ki, Amerika prezidentinin fiziki və koqnitiv vəziyyəti yaxşı deyil və bu, dövlətin milli təhlükəsizliyini təhdid edir.

Dekabrın 30-da Co Bayden zarafatla 2024-cü ildə ABŞ-da prezident seçkilərinin keçiriləcəyindən xəbərsiz olduğunu bildirib.

80 yaşlı Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir və onun səhhəti mütəmadi olaraq amerikalılar arasında müzakirə və narahatlıq mövzusuna çevrilir. Bundan başqa, siyasətçi dəfələrlə ölkələrin adlarını qarışdırıb və təyyarəyə minərkən büdrəyib.

Turan İSMAYIL