Roma Papası Ukrayna üçün dua edəcək

 16:16 06.01.2023     357

Papa Fransisk Milad bayramını 7 yanvarda qeyd edən hər kəsi təbrik edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, cümə günü Müqəddəs Pyotr meydanında dindarlara müraciəti zamanı pontifik dünyanı Ukraynada sülhə nail olmağa çağırıb.

"Sabah Milad bayramını qeyd edəcək Şərq Kilsələrinə, həm katolik, həm də pravoslavlara səmimi təbriklərimi çatdırıram. Xüsusilə əzab çəkən Ukrayna xalqının bacı və qardaşlarına müraciət edirəm. Xilaskarın doğulması döyüşləri bitirmək və sülhə gətirib çıxarmaq üçün konkret addımlara ümid verir. Biz Ukraynada sülh üçün dua edəcəyik”, - Papa Fransisk bildirib.

Turan İSMAYIL